Pərvin Kərimzadə: Azərbaycan qlobal pandemiyaya qarşı çevik addımlar atan ölkələrdəndir

Pərvin Kərimzadə: Azərbaycan qlobal pandemiyaya qarşı çevik addımlar atan ölkələrdəndir
 

Bu gün kainatımız yeni qlobal pandemiya - koronavirus (COVID-19) infeksiyası ilə qarşı-qarşıyadır. İnsanların sağlamlığını təhdid altına alan virus üzündən dünya ölkələri bir-birlərinə qapılarını bağlamaq, kütləvi tədbirləri təxirə salmaq, iqtisadi əlaqələri məhdudlaşdırmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, tibbin, texnologiyaların inkişaf etdiyi bir dövrdə bir sıra Avropa ölkələrində infeksiyanın yayılması nəzarətdən tamamilə çıxıb.

Sfera.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Onun sözlərinə görə, dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin birlikdə cəmiyyətimizin sağlamlığının təhlükəsizliyi üçün həyata keçirdikləri tədbirlər aktuallığını qoruyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizlə sıx əməkdaşlıq edir, tövsiyələrini, maarifləndirmə işlərini əsirgəmir:

"Hər zaman vətəndaşının yanında olan, onların sevincinə də, dərd-sərinə də şərik çıxan ölkə Prezidenti İlham Əliyev koronavirus epidemiyasının sərhəd tanımadığı belə bir çətin vaxtda vətəndaşların təhlükəsizliyinin təmin edilməsini ən vacib, prioritet məsələlərdən olduğunu bir daha təsdiq etdi. Çevik, vaxtında verilmiş qərarlar, yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət ünvanlaması da koronavirus epidemiyası ilə bağlı vəziyyətin, əhalinin sağlamlığının etibarlı qorunması ölkə rəhbərliyinin nəzarəti altında olduğundan xəbər verir.

Lakin görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər bir vətəndaşlarımız daha məsuliyyətli olmalı, unutmamalıdırlar ki, COVID-19 infeksiyası sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərsə, həyata keçirilən tədbirlərə dəstək olarsa təkcə onun özünün yox, ailəsinin, doğmalarının, səhhətini qorumuş olar, ən başlıcası dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar".


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...