Parlamentin fövqəladə toplanması feyzbukda gündəm oldu – SENSASİON İDDİALAR

Parlamentin fövqəladə toplanması feyzbukda gündəm oldu – SENSASİON İDDİALAR
Tətildə olan Milli Məclisin sol illər ərzində ilk dəfə olaraq iyun ayında toplantısı çağırılıb.

Sosial şəbəkələrdə yayılan xəbər artıq Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu tərəfindən təsdiqlənib.

O, modern.az-a açıqlamasında bunun əslində fövqəladə iclas olmadığını deyib: "Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.

A. Təvəkküloğlu iclasın gündəliyi haqda heç bir informasiya verməyib.

Qeyd edək ki, bu xəbər sosial şəbəkələrdə sensasiya kimi qəbul olunub və bir sıra ciddi məsələlərin müzakirə ediləcəyi haqda artıq proqnozlaar da irəli sürülür.

Bu məsələlərdən biri məmurlar üçün maliyyə amnistiyasının qəbul olunması haqdadır. Yayılan iddialarda bildirilir ki, uzun müddətdir ayrı-ayrı ekspertlər tərəfindən irəli sürülən təklif parlamentin iclasına çıxarılacaq. Burada isə məqsəd korrupsiya yolu ilə əldə olunan və xaricə daşınan pulların ölkəyə qayıdışını təmin etməkdir.

İkinci irəli sürülən iddia isə parlamentin özü ilə bağlıdır. Qeyd edilir ki, iclasda Azərbaycan parlamentinin özünü buraxacağı və bundan sonra yeni seçkilərin keçiriləcəyi ehtimal edilir. Bəzi hüquqşünaslar isə məsələyə şərh verərək bildiriblər ki, qanunvericilikdə parlamentin özünü buraxmaq səlahiyyəti nəzərdə tutulmayıb. Amma bununla bərabər, parlamentin özünü buraxmaq hüququ da qadağan edilməyib.

Hər halda, bu kimi proqnozların nə qədər həqiqətə uyğun olub-olmadığını bilmək üçün Milli Məclisin gündəliyinin bu günlərdə açıqlanmasına ehtiyac var.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...