Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc

Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc
Qlobal iqtisadi böhran müddətində qabiliyyətli insanlara çox pul qazandıran peşələr də olub. "Newsweek” tərəfindən hazırlanan bir analizdə həmin peşə növləri haqqında məlumat verilir. 

Cəmiyyətlə çox da əhəmiyyət verilməyən və əsasən inkişaf etmiş ölkələrdə yayılan bu peşələrin sahibləri ildə 100 min dollardan artıq gəlir əldə edə bilirlər. 

Sfera.az bildirir ki, analizə görə belə məsləklərdən biri öncə görənlərdir. Fəlsəfə, sosial sahə ilə bağlı biliklərə yetərincə sahib olan və həyatda baş verən dəyişiklikləri izləyə bilən bu adamlar, gələcəkdə insanların ehtiyac hiss edəcəyi və satın alacağı şeyləri öncədən müəyyənləşdirməyə çalışır. Bəzi böyük şirkətlər gələcək illər üçün onlara plan cızan və yol göstərən bu şəxslərə yüksək məvaciblər ödəyir. 

Xoş niyyətli xakerlər də yaxşı pul qazanan peşə sahibləridir. Xüsusilə də pis niyyətli xakerlərin istifadə etdiyi üsullardan yararlanaraq yaxşı işlər görən bu kompyüter dahiləri, şirkətləri üçün informasiya təhlükəsizliyini təmin etmək məqsədilə sistemdəki çatışmazlıqları tapıb aradan qaldırırlar. 

Pambıq əyirici maşınların operatorlarına hələ də yüksək əmək haqqı verilir. Bu peşə sahibləri artıq 200 ildir ki, yaxşı məvacib alırlır.

Yeni il ağacının tacirləri əldə etdikləri gəlirdən məmnundurlar. Bu işi görən tacirlər, yeni ildə bəzədilən ağacları onu yetişdirənlərdən alıb şəhərdəki satıcılara paylayırlar. Əgər tacir istehsaldan satışa qədər olan mərhələyə tam nəzarət edə bilirsə, onun gəliri yüksək olur. 

Protez diş ustaları da gəlirinə görə yaxşı dolanır. Onlar stamataloqlardan daha çox qazana bilirlər. 

Qolf topları toplayanlar peşəsinə görə yaxşı gəlir əldə edənlərdir. Onlar qolf sahələrində olan gölməçələrə düşən topları toplamaqla məşğuldurlar. Bu işi görənlər topladığı hər topa görə pul alırlar. Bəzən bu məbləğ çox yüksək olur.

Nəhayət, ətraf mühitə atılan karbon tullantıları üzrə məsləhətçilər də yüksək qazanc əldə edə bilir. Onlar müştərilərə eko-aləmə daha az zərər vuran texnologiyalarla bağlı məsləhət verməklə yüksək qazanc əldə edirlər. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR