Oğrular Dəmiryolu relsi oğurlayarkən hadisə yerində yaxalandılar - BAKIDA

Oğrular Dəmiryolu relsi oğurlayarkən hadisə yerində yaxalandılar - BAKIDA
Polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil veriliblər.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR