“Orduxan Teymurxan qərb kanalizasiyasına atılan şəxsdir” – Zahid Oruc

“Orduxan Teymurxan qərb kanalizasiyasına atılan şəxsdir” – Zahid Oruc
"Siyasi elitada təmsil olunan istənilən şəxs Qənirə Paşayeva ilə Orduxan Teymurxanlının hər hansı özəl əlaqələrinin olduğunu düşünməz". 

Bunu millət vəkili Zahid Oruc Sfera.az-millət vəkili Qənirə Paşayeva və Orduxan Teymurxanın "selfie"si ilə bağlı açıqlamasında deyib.
 
Millət vəkilinin sözlərinə görə, bu cür şəxslər qərbin maraqlarına xidmət edirlər:

"Hər hansı şəraitdə çəkilmiş bir foto kadr həmin şəkildəki şəxslərin fəaliyyəti haqda fikir yürütmək üçün əsas ola bilməz. Qənirə Paşayeva dövlətçilik fəaliyyəti ilə məşğul olan, milli məsələlərdə prinsipial mövqeyi ilə seçilən şəxslərdən biridir. Bu səbəbdən həmin fotokadr Qənirə Paşayevanın Orduxan Teymurxanı ilə vahid bir siyasi mövqeyi bölüşdüyü anlamına gəlməməlidir”.

Millət vəkili Orduxan Teymurxanın növbəti günlərdə başqa addımlar ata biləcəyini ehtimal edir: 
 
"Orduxan Teymurxan özünü büsbütün rəzil edərək Azərbaycan əleyhinə xaricdəki səngərlərdə gizlənməklə müəyyən qüvvələrin, xüsusilə də kəşfiyyat qruplarının əlində bir alətə çevrilib. Qənirə Paşayeva isə müxtəlif zamanlarda öz mövqeyini ortaya qoyaraq dövlətçilik leyhinə mübarizələr aparıb. Bu səbəbdən siyasi elitada təmsil olunan istənilən şəxs Qənirə Paşayeva ilə Orduxan Teymurxanlının hər hansı özəl əlaqələrinin olduğunu düşünməz. Əslində hazırkı reallıqda bütün mədəniyyət normalarını aşaraq ökəmizə qarşı total hücumlara keçən, bu səbəbdən özlərini qərb kanalizasiyalarına atan şəxslər bu cür fotolar və digər yollarla Azərbaycan cəmiyyətinin əleyhinə işləmək istədiklərini göstərirlər. Onların "demokratiya”  və siyasi hüquqlara dair "mübarizə”lərinin məğzi də məhz budur - təhqir olunmuş platforma. Bu səbəbdən onların bu niyyətlə növbəti günlərdə başqa addımlar atacağını da gözləmək olar”. 

Z.Oruc fotonun çəkilmə zamanından danışaraq bildirib ki, bəlkə də o dövrdə Orduxan Teymurxan bənzər fəliyyətlərlə məşğul olmayıb:
 
"Bu foto epizodik bir şəraitdə çəkilib. Bəlkə də həmin dövrdə Orduxan Teymurxan bu cür fəaliyyətlərinə hələ start verməyib”. 
 
Millət vəkili belə bir addımın seçki öncəsi atılmasını birmənalı qarşılamadığını deyib: 

"Təxmin edirəm ki, seçki dönəmində müxtəlif dairələr hazırda informasiya və texnologiyalardan istifadə edərək nələrsə edə bilərlər. Hətta Avropa ölkələrində belə seçki öncəsi bu cür hadisələrin baş verdiyini görə bilərik. Belə ki, bir qisim şəxslər təqdirolunacaq addımlarla deyil, sanki qır qazanları, çirkab "stena”ları ilə hərəkət edirlər. Onlar üçün həmin gölməçələrə baş vurmaq yaşamağın yeganə mövcudluq formasıdır. Belə adamlar dinc şəraitdə məhv olur, böhran vəziyyətində isə dirçəlirlər. Bu cür şəxslər zibil yeşiklərində eşələnirlər. Bununla da onlar harada yaxşı yaşadıqlarını göstərirlər”. 

Nigar Məhərrəm
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR