Cəmİyyət

Onların aylıq maaşı 538 manat oldu

Onların aylıq maaşı 538 manat oldu
2018-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1538,2 min nəfər olub, onlardan 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə muzdla işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manat olub. 
AdRiver
loading...

XƏBƏR LENTİ