“Nurgün Motors” Qarabağ əlilinə “qan uddurur”

“Nurgün Motors” Qarabağ əlilinə “qan uddurur”

Qarabağ əlili Məğrur Bədəlsoy "Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyətinin (ASC) törəməsi olan "Nurgün Motrors”dan sığorta ödənişini ala bilmir

Politika.Az-a müraciət edən veteran prokurorluq və məhkəmə orqanlarının rüşvət müqabilində susduğunu deyir:

"Nə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (artıq bu Xidmət ləğv olunub), nə yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) , nə də hüquq mühafizə orqanları bu saxtalığa , dələduzluq faktına hüquq qiyməti verib. 

Sözügedən sığorta şirkəti isə məhkəmə yolu ilə Qarabağ əlilini cəzalandırmaq yolunu seçib . Sabunçu və Suraxanı məhkəmələrinin isə rüşvət qarşılığında "Rəvan”ın "çaldığı havaya oynaması” , hakimlərin özlərini şirkətin vəkili kimi aparması acı gerçəkdir . 

Fikir verin , "metallom morqu”na göndərilən də "əlil maşını” , cərimə olunan , borclu edilən də maşına heç bir aidliyi olmayan Qarabağ əlili ! Məhkəmə hakimi (Ramil Həsənov) isə Qarabağ əlilinə özünü yandırmağı məsləhət görür !”.

Vergilər Nazirliyinin daha öncə "Nurgün”ü , bu günlərdə isə "Rəvan”ı cərimələdiyini deyən M.Bədəlsoy cərimə əsasında yeni araşdırmanın başlamalı olduğunu bildirib:

"Nazirlikdən göndərilən 10 yanvar 2017 tarixli 1717020000688400 saylı məktubda "Rəvan” şirkətinə maliyyə sanksiyası tətbiq edildiyi və "Rəvan Sığorta” ASC –nin fəaliyyətinin nəzarətə götürüldüyü bildirilib.

Nazirliyin "Nurgün”ü və "Rəvan Sığorta” ASC - ni Qarabağ əlilinin müraciəti əsasında cərimələməsi barədə məktublar da məhkəmələrə təqdim olunsa da , hakimlər görməzliyə vururlar . Qarabağ əlilinin iddiasını , qarşılıqlı iddiasını, vəsatətlərini görməzliyə vurduqları kimi...

VN növbəti dəfə "Rəvan Sığorta” ASC - nin saxtalığını , dələduzluğunu rəsmi aktla üzə çıxardı. İndi söz prokurorluğun, polisin, məhkəmənindir. Fakt üzrə cinayət işi qaldırmağa gücləri çatacaq , yoxsa yenə "get , özünü yandır " "aforizm”i "qüvvəyə minəcək?”



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...