Nura Suri: Müğənnilər əməliyyatdan sonra “inqubator toyuqları”na bənzəyirlər

Nura Suri: Müğənnilər əməliyyatdan sonra “inqubator toyuqları”na bənzəyirlər

Bütün dünyada elə bir tendensiya yaranıb ki, qadınlar plastik və estetik əməliyyatlardan sonra başlayıblar bir-birinə bənzəməyə. Təbii gözəllik qalmayıb artıq.

Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində cazibədar müğənni Nura Suri deyib.

O, son günlər bir çox ifaçıların plastik və estetik əməliyyat yolu ilə bir-birinə bənzəməsinə etirazını bildirib:

"Şəxsən mənim bir imicim var. Saçımın rəngindən tutmuş, geyimimə kimi dəyişməyərək qalır. Düşünürəm ki, insan özü olaraq qalmalıdır. Müğənnilərdən söhbət gedirsə, onun mahnılarında, saç düzümündə, geyimlərində və s.

Zeynəb Xanlarova, Alla Puqaçova, Maykl Cekson, Tina Ternor, Ajda Pekkan kimi məşhurlara diqqət yetirsək, görərik ki, hər birinin özünəməxsus imici var. Onlara baxıb bir çox şeyləri öyrənmək olar. Amma günü-gündən xanımların bir-birinə "inqubator toyuqları” kimi bənzəməsi kənardan heç də yaxşı görünmür. Səhnədə olan insanlar seçilməyi bacarmalıdırlar”.

Sənətçi həmkarı Günay İbrahimlinin "Bir çox müğənnilərin bədən nahiyələri "kuvşin”ə bənzəyir” sözlərinə qəhmər çıxaraq, sözügedən məsələyə bu cür nöqtə qoydu:

"Əgər kimsə artıq çəkilidirsə, arıqlamaq istəyirsə, burnunu balacalaşdırırsa, burada ayıb və rişxənd ediləcək bir şey yoxdur. Kimsə yaşa dolduqca gözəl görünmək istəyirsə, burada qınanılacaq bir şey yoxdur. Günayın sözündə həqiqət var, bir çox xanımların bədənləri plastik əməliyyatdan sonra "kuvşin”ə bənzəyir.

Ümumiyyətlə, hazırda şəhərə çıxanda üç nəfərdən birinin bir-birinə bənzədiyini görürük. Burun, dodaq, diş, qaş, göz, kiprik hamıda eynidir. Çoxları da əməliyyata uzanıb bellərini incəldib, ombalarını böyüdürlər. Səhnə gözəlliyi sevir, gözəlləşmək üçün etmək olar. Amma "inqubator toyuqları” kimi bir-birinə bənzəməyin əleyhinəyəm. Düşünürəm ki, individuallıq vacib məsələlərdən biridir”.

Qeyd edək ki, yerli şou-biznesin bir sıra məşhur nümayəndələri bədən şəkilləndirici əməliyyatlarla artıq çəkidən azad olub, bədən üzvlərini daha da cəlbedici etdiriblər. 

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...