Novruz Məmmədovun istefasının PƏRDƏARXASI

Novruz Məmmədovun istefasının PƏRDƏARXASI
 

2018-ci il aprelin 21-də baş nazir təyin olunan Novruz Məmmədovun cəmi ilyarım sonra postunu təhvil verməsi ciddi səbəblərə dayanır.

 
 

Prezident Administrasiyasının şöbə müdiri vəzifəsini tutan Novruz Məmmədovun ötən ilin yazında baş nazir təyinatı cəmiyyətdə müxtəlif reaksiyalarla qarşılanmışdı. Bununla belə, onun və yenilənmiş kabinənin ardıcıl qaydada zəruri islahatları həyata keçirəcəyinə müəyyən inam vardı. O baxımdan, Məmmədov ölkənin yeni iqtisadi strategiyasının əsas icraçılarından biri kimi nəzərdən keçirilirdi.

Lakin geridə qalan ilyarımlıq müddət açıq göstərdi ki, prezident İlham Əliyevin təşəbbüsü ilə vüsət alan yeni sosial-iqtisadi xarakterli islahatlar məhz bürokratik sistemdə kök atmış sovet təfəkkürlü məmurların yarıtmazlığı ucbatından yetərli sürət yığa bilmir.

Ali hakimiyyətin yeniliyə yönəlik addımları icra strukturları tərəfindən alqışlansa da, dövlət qurumlarında yer tutan və müasir dövrün çağırışlarını qiymətləndirmək iqtidarında olmayan məmurlar dövrün tələbinə qətiyyən cavab vermirdilər. Görünür, məhz bu səbəbdən, Azərbaycan iqtisadiyyatında idarəetməni effektivləşdirmək məqsədilə rəqəmsal iqtisadiyyat və qlobal proseslər haqqında dolğun təsəvvürləri olan yeni kadrların iş başına keçirilməsi zərururəti yaranıb.

Son bir ildə yüksək vəzifələrə yeni təyinatlar ölkə prezidentinin Azərbaycanı perspektivdə inkişaf etmiş dövlətlərin sırasına çıxaracaq köklü islahatların həyata keçirilməsində sona qədər qətiyyətli olacağının göstəricisi kimi qiymətləndirilir. Bu məqsədə nail olmaq üçün bütün sahələrdə – gömrük sistemindən tutmuş vergilərə qədər zəruri islahatların aparılması qaçılmaz idi. Yetərincə gənc kadrların vergilər, kənd təsərrüfatı, rabitə nazirləri postuna gətirilməsi ölkənin inkişafının ali rəhbərlik üçün dəyişməz prioritet olduğunu təsdiqləyir.

Lakin islahatların arzulanan tempdə getməməsi, böyük sərmayə yatırılmış miqyaslı layihələrin icrasında "axsamalar” istənilən nəticələrin əldə olunmasına imkan vermirdi. Eyni zamanda, Məmmədov baş nazir postunu tutduğu son ilyarımda da praktik olaraq, Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri qismində həyata keçirdiyi fəaliyyətlə məşğul oldu. O, xarici qonaqlarla görüşür, əl sıxır və kameralara gülümsər görüntülər verməklə kifayətlənirdi. Vəzifə yüksəlişi onun xeyrinə olmuşdu. Daha geniş kabinet və əvvəlkindən xeyli yüksək maaş…. Daşıdığı vəzifənin adı da olduqca cazibədar idi: Baş nazir!

Lakin mütləq şəkildə qeyd olunmalıdır ki, Məmmədovun baş nazir kreslosunu tərk etməsinin səbəbləri sırasında hansısa "çarpıcı” məqam yoxdur. Konkret desək, Məmmədovun dövlətə və aid olduğu komandaya sədaqəti heç kimdə şübhə doğurmur. O, hər zaman özünün də içində olduğu sistemə sədaqətlə xidmət edib. Seçilmiş siyasi kurs sakit, təmkinli və ambisiyasız Məmmədovun tam ürəyincə idi. Eyni zamanda, o da bu sistem üçün çox əlverişli fiqur hesab olunurdu.

Lakin bir "amma” olmasaydı… Bu "amma” isə onun dövrün sürətilə ayaqlaşa bilməməsidir. Müasir dünyanın tələbləri başqadır. Qlobal aləmdə enerjili, beynəlxalq iqtisadiyyatın incəliklərini və texnologiyalarını bilən gənc kadrlara ehtiyac getdikcə artır və "köhnə nəsil” təmsilçilərinin onlarla rəqabətə girmələri sadəcə, imkan xaricindədir. Hər halda, göründüyü qədər, Məmmədovun "belə gəlib, belə də gedəcək” yanaşması özünü doğrultmadı.

Çağdaş dünyada hökumətlərin formalaşdırılması inzibati-amirlik qaydalarının möhkəmləndirilməsi yox, siyasi-iqtisadi sistemin işləkliyini və vətəndaşların rifahını təmin etmək məqsədi daşıyır,…

Azərbaycanda da hökumətin və dövlət idarəetmə aparatının dünya standartlarına uyğun şəkildə formalaşdırılmasının zamanı yetişib. Ona görə də, bütün mütərəqqi yeniliklərin qarşısında kötük kimi dayanan sovet təfəkkürlü bürokratların istefaya göndərilməsi və gənc kadrların yolunun açılması labüddür. Əks halda, icra hakimiyyəti strukturlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaq və qarşıya qoyulan məqsədlərə çatmaq çox çətin görünür. (yeniçağ)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...