Nəsimi rayonunda silsilə ağacəkmə kompaniyası keçirildi

Nəsimi rayonunda silsilə ağacəkmə kompaniyası keçirildi
 Nəsimi  rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər  keçirilir, rayonda   yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.
21 oktyabr 2017-ci il tarixdə  keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak etmişlər. İməclikdə rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində 1000-dən artıq şam və sərv ağacları əkilmiş, 2000-dən artıq ağaca isə quluq edilmişdir. Ağacəkmə aksiyasının keçirilməsində   məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur. 
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən   Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər  təhsil müəssisələrinin həyətyanı sahələrində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir. 21 oktyabr 2017-ci il tarixdə  rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 saylı uşaq bağçası –körpələr evinin  və "Qərənfil” uşaq bağçası- körpələr evinin həyətlərində   "Məktəb   bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, müxtəlif növ meyvə ağacları əkilmişdir. Uşaq bağçasının  həyətində rəngarəng meyvə və payiz geyimləri geyinmiş uşaqların iştirakı ilə hazırlanmış kompozisyalara  baxış keçirilmiş, uşaqların  ifasında şən musiqi nömrələri ifa olunmuşdur. 
Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  sakinlərlə görüşərək bildirmişdir ki, son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş miqyaslı quruculuq və abadlıq işləri vüsət almışdır. İDEA İctimai Birliyi tərəfindən  ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılaraq "Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır. Ağacəkmə aksiyaları ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verməkdədir.  Rayonda aparılan geniş abadlıq – quruculuq işləri haqqında məlumat verilərək görülən işlərin ölkə başçısının tapşırıqlarına uygun olaraq sakinlərin rifahının daha da yuksəldilməsinə yönəldildiyi bildirilmişdir.





OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...