Nərmini öldürən manyakla bağlı ŞOK FAKTLAR- Əmisi oğlu polis imiş - FOTO

Nərmini öldürən manyakla bağlı ŞOK FAKTLAR- Əmisi oğlu polis imiş - FOTO

Tovuz rayonunda baş vermiş dəhşətli cinayətin bütün detalları ilə bağlı mötəbər mənbədən şok faktlar yayılıb.

Sfera.az xəbər verir ki, TVPress-in əldə etdiyi məlumatlarda Azərbaycan tarixinin ən dəhşətli seksual manyakının tam psixoportreti və etirafı, eləcə də polisin uşağı və qatili tapa bilməməsinin səbəblərinə aydınlıq gətirilir.

İ.Süleymanovun əmisi oğlu polis işçisidir və Nərminin axtarışı ilə bağlı yaradılan qrupa o da daxil edilib. İtən azyaşlı qızla bağlı kənddə axtarışlar aparılarkən və evlər yoxlanarkən sözügedən polis İ.Süleymanovun evinin yoxlanılmasına mane olub. Bildirib ki, əmisi və əmisi arvadı yaşlı adamlardır, oğlanları isə Moskva Dövlət Universitetini bitirən alim-ziyalıdır. Axtarış qrupunun rəhbəri də ona inanaraq, evdə axtarış aparılmasından imtina edib.

İ.Süleymanov yanğını ilk görməsini elə polis əmisi oğluna danışıb. Deyib ki, "şübhəli iy” hiss etdiyi üçün yaxınlaşıb və Nərminin cəsədinin yandığını müşahidə edib. Meyitin yandırılmasını ilk görən şəxs kimi İ.Süleymanov istintaqa cəlb edilib və bəlli olub ki, onun evində bu vaxta qədər axtarış aparılmayıb. Sanksiya verilib və ev axtarılarkən çardaqda qan izləri, həmçinin digər çoxsaylı maddi sübutlar aşkarlanıb.

Bundan sonra İ.Süleymanov qətli etiraf etmək məcburiyyətində qalıb və detalları danışıb. Bildirdiyinə görə, N.Quliyevanı əmisinin evindən çıxarkən görüb, aldadıb aparıb və meyvə qurusu adı ilə çardağa çıxarıb, sonra "xlorofil”lə yatırıb və əl-qolunu, ağzını yapışqanla bağlayıb. Ancaq qızcığazın təcavüzə məruz qalmadığı da bildirilir.

Nəhayət, manyak ələ keçəcəyi qorxusundan 10 yaşlı qızcığazın başına küt alətlə (daşla) vura-vura qətlə yetirib. Sonra isə meyiti yandırmaqla izi itirmək qərarına gəlib.


İ.Süleymanovun istintaqda "professor kimi” davrandığı, izi itirmək üçün soyuqqanlı şəkildə ifadə verdiyi də iddialar arasındadır. Ancaq bu "soyuqqanlı”, mədəni və savadlı imicli manyak peşəkar istintaqçıları aldatmağa nail olmayıb.

O, niyə meyiti basdırmadığı, yandırmağa qərar verməsinə də aydınlıq gətirib. Bildirib ki, polis itlərinin meyiti tapacağından və dəlil-sübut əldə edəcəyindən ehtiyat etdiyi üçün basdırmayıb və yandırıb.

Bəzi detallar istintaq sirri olduğu üçün yayımlanmır.
Qeyd edək ki, İ.Süleymanov subaydır və ali təhsillidir. M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Bir müddət orada işləyib. 3 dil (Azərbaycan, rus və ingilis) bilir. Bundan sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb. 2000-ci ildə "Simurq M" televiziyasında işlədiyi deyilir. O, 7 ay qeyd olunan televizyanın xəbərlər deportamentində çalışıb. Son illərdə valideynləri ilə yaşayırdı. İ.Süleymanov Şərif Quliyevin (Nərminin atası) evindən 500 metr məsafədə yaşayırmış. İ.Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb. Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib. Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.

Bildirilir ki, bütün bu vaxt ərzində İlkin Nərmini kəndin ərazisində ailəsinə məxsus evdə gizlədirdi. İlkin törətdiyi əməllərin hamısını polisə detalları ilə nümayiş etdirib.  (baku.ws)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...