Nəqliyyat və rabitə sektorundakı çöküşün səbəbləri – “Heç kim riskli kapital qoyuluşuna getmir”

Nəqliyyat və rabitə sektorundakı çöküşün səbəbləri – “Heç kim riskli kapital qoyuluşuna getmir”
"Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu həcminin azalması biznes aktivliyinin aşağı düşməsindən qaynaqlanır”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında cari ilin 8 ayında ölkənin nəqliyyat və rabitə sektoruna qoyulan kreditlərin həcmində 21 faizədək azalmanın olması barədə Mərkəzi Bankın məlumatını dəyərləndirərkən, iqtisadçı ekspert Fuad İbrahimov deyib:
 
"Pandemiya ilə əlaqədar digər sahələrdə olduğu kimi, nəqliyyat və rabitə sektorunda da biznes aktivliyi müəyyən dərəcədə azalıb. İnsanlarda son dövrlər qənaətçilik paradoksu yaranıb. Qənaətçilik paradoksu yarananda vətəndaş bütün bazar münasibətlərindən kənara çəkilir. Pandemiya ilə bağlı sabaha etibarın itməsi belə vəziyyətə gətirib çıxarıb. Bu halda insanlar öz artıq vəsaitlərini ancaq birinci dərəcəli vacib məsələlərə yönəldir. Belədə heç kim riskli kapital qoyuluşuna getmir”.

Bununla belə, həmsöhbətimiz düşünür ki, ilin sonuna doğru sözügedən sahələrə kredit qoyuluşu üzrə illik balans bərpa olunacaq: "Son bir-iki ayda ölkədə biznes aktivliyi müəyyən dərəcədə artıb. Düşünürəm ki, ilin sonunda doğru illik balans öz yerini tutacaq”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR