Neft bahalaşdı, qaz ucuzlaşdı
İqtisadiyyat
11:10 / 17.08.2019
1801
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,70% yüksələrək 1 barelə görə 58,64 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,73% artaraq 54,87 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının isə qiyməti azalıb.
Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,43% azalaraq 2,20 ABŞ dolları təşkil edib.