Nəcəf Tağıyev işdən azad edildi
10:25 / 21.11.2019
1447
Ombudsman Aparatının Mətbuat Xidmətinin rəhbəri Nəcəf Tağıyev işdən çıxıb.
Sfera.az bildirir ki, bu barədə "Report"a Nəcəf Tağıyev özü məlumat verib.
O bildirib ki, öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, N.Tağıyev 2005-ci ildən Ombudsman Aparatının Mətbuat xidməti şöbəsində çalışırdı.