Necati Şaşmazın həyat yoldaşı 10 milyon təzminat istəyir

Necati Şaşmazın həyat yoldaşı 10 milyon təzminat istəyir
"Kurtlar Vadisi" serialının ulduzu aktyor Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazdan boşanır.

Qaynarinfo xəbər verir ki, Anadolu Ailə Məhkəməsinə müraciət edən aktyor 7 illik həyat yoldaşından 10 milyon lirə təzminat və valideynlik hüququ tələb edir. Vəkil boşanma müraciətində Şaşmazın haqsız və hüquq əleyhinə münasibətə məruz qaldığını bildirib, 5 milyon lirə mənəvi, 5 milyon lirə isə maddi təzminat tələb edilib. Cütlüyün övladlarının Nagehan Şaşmaz tərəfindən ölkədən qaçırılma ehtimalına görə Türkiyədən çıxışlarına qadağa qoyulub.

Qeyd edək ki, Türkiyə KİV-i boşanma səbəbi kimi Nagehan Şaşmazın Necati Şaşmaza xəyanət etməsini göstərir.


OXŞAR XƏBƏRLƏR