Nazirlik yeni stansiya qurub

Nazirlik yeni stansiya qurub
Sabirabad hidrometeoroloji stansiyasıda (HMS) Finlandiyanın "Vaisala” şirkətinin istehsalı olan MAWS-310 tipli avtomat meteoroloji stansiya kompleksi quraşdırılıb.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, avtomat meteoroloji stansiyadan məlumatlar GPRS modem vasitəsi ilə ötürülür və burada havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, küləyin istiqaməti, küləyin ani və maksimal sürəti, yağıntı miqdarı, torpağın temperaturu üzərində müşahidələr aparılır.

Qeyd edək ki, avtomat meteoroloji stansiyalar Sabirabad hidrometeoroloji stansiyası (HMS) Sabirabad rayonunun ərazisində yerləşir və Sabirabad Regional Hidrometeorologiya Müəssisəsinin tabeliyində fəaliyyət göstərir.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR