Cəmİyyət

Nazirlik: “Sınıq körpü”də təmir-bərpa işləri ilin sonunadək yekunlaşacaq"

Nazirlik: “Sınıq körpü”də təmir-bərpa işləri ilin sonunadək yekunlaşacaq
 

Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Mədəniyyət Nazirliyindən "Sfera.az"a verilən məlumata görə, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.

Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilib, körpünün istinad divarları möhkəmləndirilib. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.

Qeyd edək ki, "Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30