Nazirlik insan alveriylə bağlı müraciət etdi

Nazirlik insan alveriylə bağlı müraciət etdi
Daxili İşlər Nazirliyi insan alveri qurbanları müraciət edib.
Nazirlikdən verilən məlumata görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 "Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir.
 
"Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.
Həmçinin nazirlik sakinləri insan alveri qurbanına çevrilmənin vasitələri açıqlayıb:
İşədüzəltmə firmaları, Moda agentliyi, Nikah agentliyi, Turizm agentliyi, İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar, Qəzet və televiziya vasitəsi ilə elanlar, Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər; Хаrici аgеntliklər tərəfindən təкliflərlə, Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təkliflərilə və s.

OXŞAR XƏBƏRLƏR