Cəmİyyət

Nazirlik bu ağacların qorunması ilə bağlı göstəriş verdi

Nazirlik bu ağacların qorunması ilə bağlı göstəriş verdi
Bakının Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində, Ukrayna dairəsinin yaxınlığında hasara alınmış ərazidə ağcların kəsilmək təhlükəsinin olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-nin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, "ASAN Xidmət” mərkəzinin tikintisi aparılacağı müəyyən olunub.

"Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb. Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məcburi göstəriş verilib”, - deyə məlumatda qeyd olunub.

Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa görə nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30