AKTUAL

Nazirlik 200-dən çox işçi axtarır

Nazirlik 200-dən çox işçi axtarır
 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Nazirlikdən bildirilib ki, əsasən aqronom, baytar feldşeri, baytar həkimi, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var.

Bildirilir ki, bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat arasında dəyişir.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30