Nazir müavini: Son 10 ildə çəkilən filmlər...

Nazir müavini: Son 10 ildə çəkilən filmlər...

Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Azərbaycan kinosunun gələcək inkişafına həsr olunan müşavirə keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kinonun inkişafı istiqamətində atılan addımlardan danışıb. Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib:

"Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub”.

Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla yanaşı müasir Azərbaycan kinosunun qarşısında duran vəzifə və məqsədlərdən danışaraq müvafiq qurumlara tapşırıqlar verib.

Tədbirdə "Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, "Yaddaş” və "Salnamə” studiyalarının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nümayəndələri iştirak edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...