Nazik siqaret çəkənlərə Şok Məlumat! Diqqət!

Nazik siqaret çəkənlərə Şok Məlumat! Diqqət!
 

Nazik siqaretlərin satışı məhdudlaşdırıla və ya qadağan edilə bilər. Bu təkliflə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış etmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

Qəzetdə yer alan məlumata görə, bu il noyabr ayının 7-dən 12-dək Hindistanın Delhi şəhərində ÜST-ün tütünə qarşı mübarizə çərçivə konvensiyası tərəflərinin konfransı olacaq. Məhz bu iclasda qeyd edilən məsələ qaldırıla bilər.

Qəzet işçi qruplardan birinin hesabatını əldə edə bilib. Hesabatda dizayn elementləri ilə daha cəlbedici hala gətirilən siqaretlərin satışının qadağan edilməsi və ya məhdudiyyət qoyulması təklif edilir. Onların sırasına diametri azaldılan (slims, super slims, ultra slims) və filtrinin içərisinə xüsusi qoxu verən kapsullar yerləşdirilən siqaretlər daxildir.

Sənəddə qeyd edilir ki, nazik siqaretlər daha çox qadınları cəlb etmək üçün istehsal edilir.

Son zamanlar qeyd edilən siqaretlərdən istifadə edənlərin də sayı artıb. Belə ki, "Kommersant" yazır ki, Azərbaycanın şimal qonşusu olan Rusiya bazarında nazik siqaretlərin payı 40,6 faizə çatıb. Üç il öncə isə bu rəqəm 24,3 faiz olub.

 


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...