NATO Rusiyaya ilk dəfə bu “siqnalı” göndərdi

NATO Rusiyaya ilk dəfə bu “siqnalı” göndərdi
 

ABŞ Hərbi Hava Qüvvələrinin radarlara görünməyən B-2 Spirit ağır strateji bombardmançısı ilk dəfə Böyük Britaniya Kral Hava Qüvvələrinin F-3B beşinci nəsil qırıcılarının müşaiyəti ilə uçub. Virtualaz.org xəbər verir ki, müvafiq videokadrları "Daily Military Defense” portaı öz YouTube kanalında yayıb.

Qeyd olunur ki, birgə uçuş avqustun 29-da İngiltərə üzərində ABŞ-ın bombardmançılar qrupunun təlimləri zamanı həyata keçirilib. Bu təlimlər zamanı B-2 Spirit havada Britaniyanın KS-135 Stratotanker yanacaqdolduranından yanacaq götürüb.

"The Drive” portalı birgə uçuşu şərh edərək yazır ki, son illərdə Birləşmiş Ştatlar B-2 və digər ağır bombardmançıların Avropada yerləşdirilməsinə başlayıb. Bu da Rusiyadan qaynaqlanan istənilən potensial təcavüzə qarşı preventiv addımdır və regiondakı müttəfiqləri sakitləşdirməyə hesablanıb.

 

Böyük Britaniyaya cəmi 3 B-2 Spirit bombardmançısı göndərilib və onlardan biri İslandiyaya uçub. Bununla da NATO "alyansn imkanları barədə Rusiyaya siqnal” göndərmiş olur.

Qeyd edək ki, son illərdə Rusiya öz strateji bombardmançılarının NATO sərhədləri boyu müntəzəm uçuşlarını həyata keçirir. O cümlədən ABŞ hava məkanının yaxınlığınd manevrlər keçirir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...