“Müxalifət prosesə çox gecikib...” – Siyasi partiyalar seçki bloku yaradacaqmı?

“Müxalifət prosesə çox gecikib...” – Siyasi partiyalar seçki bloku yaradacaqmı?
 

Növbədənkənar parlament seçkilərinin aktuallaşması siyasi qüvvələrin prosesdə hansı formatda qatılacağı məsələsini də aktuallaşdırıb. Seçkilərə qatılacaq partiyaların bir araya gələrək seçki blokları yaradıb, yaratmayacaqları da maraq doğuran nüanslardandır.


Sfera.az mövzunun aktuallığını nəzərə alaraq seçkilərə qatılacaqlarını bəyan edən siyasi partiyaların məsələyə mövqeyini öyrənib.


Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa əməkdaşımızla söhbətində növbəti parlment seçkilərində namizədliyini irəli sürəcəyini, ancaq bunu hansı formada reallaşdırmağı partiyadaxili müzakirələrdən sonra dəqiqləşdiriləcəyini bildirib : "Növbəti parlament seçkilərində namizədliyimi irəli sürəcəm. Ancaq hansı formada- bloklar formasında və ya ayrıca partiya olaraq namizədliyimi verəcəyimi müzakirələrdən sonra dəqiqləşdirəcəm”.


Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə seçki bloku yaratmağın qəti əleyhinə olduğunu, ümumiyyətlə bu məsələni düşünməyin tez olduğunu vurğulayıb:"Xeyr, seçki bloku yaratmağı qətiyyən düşünmürəm. Növbəti parlament seçkilərinə qatılıb- qatılmayacağımı Partiyanın Mərkəzi Komitəsi müəyyən edəcək. Hələ ki, parlament faktiki olaraq buraxılmayıb. Ona görə də, düzü, hələ bu haqda düşünməmişəm”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu seçki bloku yaratmaq üçün müxalifətin gecikdiyini və ümumiyyətlə bunu gərəksiz bir addım kimi səciyyələndirib. Parlament seçkilərində namizədliyini irəli sürəcəyini bildirən Cəlaloğlu açıqlamasında bunları söyləyib: "Bəli, növbəti parlament seçkilərində namizdəliyimi irəli sürəcəm. Məncə, biz seçki bloku yaratmaq imkanlarını əldən vermişik. Çünki blok seçkidən bir neçə ay öncə yaradılmalı idi. Təəssüf ki, partiyalar siyasi olayları düzgün qiymətləndirə bilmədilər. Ona görə də, müəyyən dairələrlə sadəcə hansısa məsələdə razılaşmaq olar. Ancaq blok şəklində seçkiyə getmək həm texniki cəhətdən çətindir, həm də düşünürəm ki, buna ehtiyac da yoxdur.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.   Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen...

Şəhid anası vəfat etdi - FOTO

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib.   Sfera.az qafqazin...

Xalq artistinə AĞIR İTKİ - FOTO

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun qardaşı Çingiz dünyasını dəyi...

"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.   Sfera.az “TASS”a istinadən xə...