Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək
 

"Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika müəlimləri üçün ixtisasartırma təlimlərinin birinci mərhələsi keçirilib.

Təhsil Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, təlimlərdə 600-dən çox 4-7-ci sinif müəllimləri iştirak edib.

Təlim çərçivəsində müəllimlər pilot layihənin yenilikləri barədə məlumat əldə edib.

Təlimlərin nəticələrinə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda layihənin bütün müəllimlərinin bilikləri sınaqdan keçiriləcək.

Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin proqramlaşdırma sahəsində praktik biliklərini artırmaqdır.

 

Qeyd edək ki, yeni tədris ilindən "Rəqəmsal bacarıqlar" layihəsinin məktəb daxilində koordinasiya işini təşkil etmək üçün metodist, texniki mütəxəssis və idarəçi vəzifələri müəyyənləşdirilib. Hər üç vəzifəyə təyin olunan 175 metodist, 175 texniki mütəxəssis və 200 idarəçi üçün təlimlər təşkil edilib. Layihə ilə bağlı edilən yeniliklərdən biri də genişmiqyaslı qarışıq təhsil formatına (blended learning) keçiddir.

Təhsil Nazirliyinin Beynəlxalq Alqoritmika şirkəti ilə birlikdə həyata keçirdiyi "Rəqəmsal bacarıqlar" pilot layihəsinə bu tədris ilindən etibarən daha 50 ümumi təhsil müəssisəsi cəlb edilib. Bunlardan 23-ü Bakıda, 10-u Sumqayıtda, 7-si Mingəçevirdə, 5-i Şamaxıda və 5-i isə Gəncədə yerləşir. Beləliklə, layihə 123 məktəb üzrə təxminən 70 min şagirdi əhatə edib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...