İdman

Millimiz finalda!

Millimiz finalda!

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında yarımfinalın cavab görüşləri keçirilib.

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi Yunanıstanla qarşılaşıb.

İlk matçda olduğu kimi, cavab qarşılaşmasında da millimiz qələbə qazanıb. Bu oyun da 3:1 hesabı ilə başa çatıb.

Bununla da hər iki oyunda inamlı qəlbə qazanan Faiq Qarayevin yetirmələri tarixində ilk dəfə yüksəldiyi yarımfinal mərhələsindən sonra daha bir ilkə imza ataraq final oynayacaq.

Artıq finaldakı rəqibimiz də məlumdur. Voleybolçularımız Sloveniyanı 3:1 (ilk oyun 3:2) məğlub edən Slovakiya ilə qarşılaşacaq.

Final matçı 30 iyunda baş tutacaq.

Avropa Liqası, yarımfinal

Azərbaycan - Yunanıstan - 3:1 (25:22, 9:25, 25:15, 25:16) 

İlk oyun: 3:1

Hakimlər: Nenad Davidoviç (Serbiya), İlaria Vanyi (İtaliya)

Bakı. "Azərreyl" Voleybol Bazası

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930