Metroda baş verən terror aktından 24 il ötür
12:54 / 19.03.2018
1962
1994-cü il mart ayının 19-da, saat 13:00-da "20 Yanvar” metrostansiyasında partlayış olub.
Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.
Sfera.az xatırladır ki, terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb.
Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında Xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metrostansiyanın tavanı bəzi hissələrdə çöküb.
Cinayətin törədilməsində şübhəli bilinən "Sadval” Ləzgi Milli Hərəkatının üzvləri həbs edilib.