Dünya

Məsud Özil müsəlman ölkələrini tənqid etdi

Məsud Özil müsəlman ölkələrini tənqid etdi
 

İngiltərənin "Arsenal” klubunun futbolçusu Mesut Özil müsəlman ölkələrini Çində uyğurların hüquqlarının pozulmasına səssiz qalmaqda günahlandırıb.

Sfera.az  xəbər verir ki, 31 yaşlı Türkiyə əsilli almaniyalı futbolçu bununla bağlı "Twitter” hesabında paylaşım edib: "Həzrəti Əli gözəl deyib - zülmə əngəl ola bilmirsinizsə, onu hər kəsə çatdırın. Qərb mətbuatında və dövlətlərində bu olaylar aylar, həftələrdir gündəmdə olduğu halda, müsəlman ölkələri və mediası hardadır?”

"Arsenal” Özilin paylaşımı ilə bağlı bəyanat yayaraq bunun futbolçunun şəxsi mövqeyi olduğunu, klubun siyasətə qarışmadığını açıqlayıb.

Qeyd edək ki, Çin uyğurlara qarşı repressiv siyasət yürütməkdə və onların dini və mədəni hüquqlarını məhdudlaşdırmaqda ittiham olunur. Çinin Sincan Uyğur Muxtar Bölgəsində 10 milyona yaxın uyğur yaşayır.

 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031