Məktəbə qəbul zamanı niyə işıq pulu qəbzi tələb olunur?

Məktəbə qəbul zamanı niyə işıq pulu qəbzi tələb olunur?
Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasına münasibət bildirib.

Sfera.az-ın məlumatına görə, BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva bildirib ki, elektrik enerjisi qəbzinin kodunun istənilməsi, sadəcə, qeydiyyatla bağlıdır: 
"Hazırda bir sıra məktəbdə sıxlıq müşahidə olunur. Bunun üçün üstünlük hüququ deyilən ərazi prinsipi var. Əgər valideynlərin övladlarından biri həmin məktəbdə oxuyursa, yaxud valideynlərdən biri məktəbdə işləyirsə, Təhsil Nazirliyinin məlumat bazasıdan qeydiyyat zamanı bu prinsip yoxlanır.

Valideyn qeydiyyatda həmin ünvanda yaşayırsa, heç bir problem olmadan məlumat bazasından qeydiyyat ünvanının həmin məktəbin ərazisinə düşüb-düşməməsi göstərilir.

Valideyn başqa yerdə qeydiyyatdadır, amma ona yaxın məktəbin ərazisində yaşayırsa, onun sənədləri aparıb-gətirməsinə ehtiyac qalmaması üçün faktiki yaşadığı qeydiyyatın təsdiqi üçün yalnız elektrik enerjisi qəbzinin kodu sistemə daxil edilir. Bu zaman valideynin yaşadığı ünvan avtomatik şəkildə tapılır”.

"Bununla da valideynin həmin ərazidə yaşaması təsdiq olunur. Bu sırf vətəndaşın məmnuniyyətini təmin etmək üçündür ki, vətəndaş hansısa bir arayış, sənəd üçün uzun müddət get-gələ düşməsin”, - deyə İlhamə Abdullayeva bildirib.

Qeyd edək ki, Oxu.Az bir müddət əvvəl ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunması ilə bağlı məlumat yaymışdı.

OXŞAR XƏBƏRLƏR

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Qazaxıstan müdafiə nazirinin birinci müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Azərbaycan Hərbi Hava Qü...

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

Ötən gün Respublikanın sabiq baş pediatrı, professor Nəsib Quliyevin intihar etməsi gündəm olub. Bu xəbərdən sonra daha çox müzakirə obyekti olan məsələ isə məh...

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ ETDİ - FOTO - YENİLƏNDİ - 5

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqme...

Putinin Çin səfəri ilə bağlı RƏSMİ AÇIQLAMA: "Çinlə razılaşıb..."

Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Cinpin arasında istənilən təmas dünya ictimaiyyətinin diqqətini cəlb edir.   Sfera.az bildirir ki, b...