Məkkədəki faciədə ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur - YENİLƏNİR - FOTOLAR/VİDEO
01:13 / 26.09.2015
1309
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib. *** Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş insidentdə Azərbaycan vətəndaşlarının olması məsələsini bu ölkənin dövlət qurumları ilə araşdırır.