Məhkəmə BŞİH-in əleyhinə qərar verdi

Məhkəmə BŞİH-in əleyhinə qərar verdi
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçı "Rəvan Sığorta” ASC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı "sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə iqtisadi işə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, iddia ərizəsində "Rəvan Sığorta” ASC tərəfindən ödənilmiş 467 manat məbləğində pulun cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutularaq şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib.

İddiaçı iddia ərizəsini onunla əsaslandırıb ki, "Rəvan Sığorta” ASC tərəfindən Mehriban Hacızadə adlı vətəndaşa məxsus sığortalanmış avtomobil 30 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərov küçəsi ərazisində dayanmış vəziyyətdə olarkən üzərinə ağac qırılaraq düşüb və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş verib.

Sığorta şirkəti iddia edib ki, vətəndaşa dəymiş maddi ziyan BŞİH-dən tutulmalıdır. Çünki Bakıda qəzalı vəziyyətdə olan ağacların kəsilməsi birbaşa Bakı şəhər icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin səlahiyyətindədir və belə olan halda sözügedən hadisənin baş verməsinə görə cavabdeh məsuliyyət daşıyır.

BŞİH-in nümayəndəsi Ramil Qədimquliyev qeyd edib ki, sözügedən ağacın qəzalı vəziyyətdə olması barədə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ərizə daxil olmayıb:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin şəhərin hər hansı bir ünvanında ağacın bu və ya digər səbəbdən kəsilməsi zərurətinin yaranması barədə ekspertiza rəyi olmadan ağac kəsmək səlahiyyəti yoxdur. Hazırkı iş üzrə hadisədən dərhal sonra ekspert rəyi olmadığından ağacın hansı vəziyyətdə olduğunu müəyyən etmək mümkün olmayıb”.

Lakin məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlib. Buna görə iddia təmin edilib və BŞİH-dən 467 manat məbləğində pulun tutularaq, sığorta şirkətinə ödənilməsi haqqında qərar verib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...