Maqazİn

“Maşın” şounun yeni mövsümdə İŞTİRAKÇILARI BƏLLİDİR

“Maşın” şounun yeni mövsümdə İŞTİRAKÇILARI BƏLLİDİR
"Maşın” şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.

"M Group Production”ın Mətbuat Xidmətinin yaydığı xəbərə görə, artıq "Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da...

"Maşın”ın sayca 17-ci sürəti olan budəfəki layihədə hamını sürprizlərlə dolu bir həyəcan gözləyir. "MGP”nin verdiyi məlumata görə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan "Maşın”ın budəfəki konsepsiyası da artıq hazırdır. Həmçinin layihənin anonsu da hazırlanır. Bu ayın sonuna kimi efirə çıxacaq anonsu görən izləyicilər əslində "Maşın”ın yeni mövzusunun nədən ibarət olacağını anlaya biləcəklər. Şounun tizeri isə artıq yayıma buraxılıb.

AdRiver

XƏBƏR LENTİ