Maralları alıb pulunu vermədi

Maralları alıb pulunu vermədi
 
Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.
Sfera.az-ın "Report”a istinadən xəbərinə görə, 1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-ci il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib.
 
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR