Manatla bağlı bədbin proqnoz

Manatla bağlı bədbin proqnoz

"Neftin dünya bazar qiyməti isə psixoloji təsirlərə baxmayaraq hər barel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir. Bu baxımdan, xarici valyutaya artan tələb dolların möhkəmlənməsinin davam edəcəyini şərtləndirir".
Sfera.az Qaynarinfo.Az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov valyuta ilə bağlı şərhində deyib. 
Vüqar Bayramov bildirib ki, sentybarın ortalarında proqnozlaşdırdığı kimi, manatın qısa müddətli möhkəmlənməsi valyuta bazarında dolların güclənməsi ilə əvəz olunmaqdadır:"Ötən ay sosial şəbəkə və mətbuat vasitəsi ilə müraciətlərə da cavab olaraq qeyd etdiyim kimi manatın möhkəmlənməsi bir neçə həftə davam edə bilərdi və əslində gözlənilən kimi də oldu. Bununla da, təxminən 1 aylıq möhkəmlənən manat iqtisadi səbəblərdən dollar qarşı yenidən dəyər itirməkdədir. Dolların yenindən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta intervensiyası uzun deyil, qısa müddətli dövr üçün səmərəli alətlərdir. Digər tərəfdən, neftin dünya bazara qiyməti azalmaqa başladıqdan sonra 11 milyard dollardan artıq vəsaiti artıq xərcləyən Mərkəzi Bankın təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları da məhdudlaşıb. Daha çox Dövlət Neft Fondunun valyuta təkifləri üzərində prosesə müdaxilə etməyə çalışan Mərkəzi Bankın intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir".
Ekspert vurğulayıb ki, bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi:"Amma büdcənin icrası ilə bağlı açıqlanan son rəqəmlə göstərir ki, heç də nəzərdə tutulan məbləğin hamısı büdəcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olasa da böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil".
Vüqar Bayramovun sözlərinə görə, dollara olan tələbin artmaqda davam edəcəyi gözləniləndir: "İdxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Borc öhdəlikləri ilə yanaşı, ilin sonuna doğru idxalın həcminin artacağı və eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq". 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...