Gündəm

“Mado”nun sahibi diaspor sədrinə külli miqdarda pul “atdı”

“Mado”nun sahibi diaspor sədrinə külli miqdarda pul “atdı”
 

"Bununla bağlı əlimdə faktlar var"

Azərbaycanın Özbəkistandakı diasporunun ilk qurucularından biri və hal-hazırda fəxri sədri olan Mobil Məmmədov dələduzluq faktı ilə qarşılaşdığıni bildirib.

Azərbaycanda məhşur ticarət mərkəzlərindən olan "Mado" restoranlar şəbəkəsinin sahibi Ramiz Kazımov Özbəkistandakı Azərbaycan diaspor rəhbərlərindən Mobil Məmmədova olan 178 min dollar olan borcunu bu günə qədər qaytarmır.

Hələ 2014-cü ildə dələduzluqla qarşılaşdığını bildirən M. Məmmədov bu günə qədər ona məxsus olan pulunu Ramiz Kazımovdan ala bilmir.

Mobil Məmmədov açıqlamasında bildirib ki, Ramiz Kazımov borcu qaytarmaq yerinə qaçıb gizlənir:

"Artıq neçə gündür Bakıdayam. Lakin bu günə qədər Ramiz Kazımovla görüşə bilməmişəm. Hər dəfə onunla görüşə cəhd etsəm də o, qaçıb gizlənir. Neçənci dəfədir ki, gəlirəm. Hər dəfə də pulu qaytarmaq yerinə mənə müxtəlif adamlarla xəbər göndərərək FETO ilə hədələyir. Bununla bağlı əlimdə faktlar var. "Mado" restoranlar şəbəkəsinin sahibi Ramiz Kazımov mənə deyir ki, arxamda Xoca Əfəndi (Fətullah Gülən) durub, FETO məni dəstəkləyir, əlindən gələni nə bilirsən et".

Qarşı tərəflə əlaqə yaratmağa çalışsaq da, bu cəhdlərimiz uğursuz oldu. Ramiz Kazımov telefon zənglərimizə cavab vermədi.(vətəninfo.az)

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930