Luis Filipe: “Barca”nı məğlub etmək haqda düşünürük”

Luis Filipe: “Barca”nı məğlub etmək haqda düşünürük”
Madrid "Atletiko”-sunun müdafiəçisi Luis Filipe İspaniya çempionatının 27-ci turunda keçiriləcək  "Barcelona”  ilkə oyundan gözləntilərini paylaşıb.

Sfera.az ispan mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçu qələbə haqda düşünür:

"İndiyədək "Kamp Nou”-da  qələbə qazanmamışam. Halbuki buna yaxın olmuşuq son vaxtlar. Niyə bunu etməyək. Heç-heçə istəmirəm, yalnız qələbə. Rəqibin əla futbolçuları var, ancaq biz bunu edə bilərik:
 
"Əsas problem Messidir, onun sahəsi həmişə çətinlik yaradır. Ona nəzarət üçün 2 futbolçu ayırmalıyıq”.

Qeyd edək ki, bu komandalar arasında görüş sabah baş tutacaq.

OXŞAR XƏBƏRLƏR