\"Lotu Yunus\" xəstəxanaya aparıldı - Vəziyyəti ağırdır

\

Bir neçə gün əvvəl Rusiyanın Ulyanovsk şəhərində polis tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru" Yunus Novruzovun səhhətində ciddi problemlər yaranıb. "Qanuni oğru"nun yaxınlarının verdiyi məlumata görə, Rusiyanın Ulyanovsk şəhərində müailicə olunuan ''Lotu Yunus''un vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşidirilib. Hazırda o, reanimasiyada ciddi nəzarət altındadır.

Dünən onun məhkəməsində ölkədən deportasiya olunmasına baxılmalı idi. Qəfil səhhətinin pisləşməsinə görə məhkəmə təxirə salınıb.

''Lotu Yunus''un yaxınları bildirdi ki, onu Azərbaycana gəlməsinə qadağa qoyulub. Ağır xəstə olan ''Lotu Yunus'' yaxınlarının, oğlunun yanında olmaq arzusundadır.

Xatırladaq ki, kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu "qanuni oğru"nun həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları hələ də getməyib. Ona görə də, o, müalicə olunur. Bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən ''Lotu Yunus'' saxlanılsa da, 1 gün sonra sərbəst buraxılıb.

"Qanuni oğru” Bakıda cəzaçəkmə müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb.

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib. (kriminal.az)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...