Ölkəmizə ilk qızılı polis qazandırdı

Ölkəmizə ilk qızılı polis qazandırdı

Azərbaycan yığma komandasına Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı DİN Daxili Qoşunlarının giziri Ruslan Lunyov qazandırıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, o, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub. Bu uğurunu sonradan 25 metr məsafədən sürətli atəşaçma yarışında da təkrar edərək, komandamıza ikinci qızıl medalı qazandırıb.

Karatenin kumite yarışlarında mübarizə aparan DİN Daxili Qoşunlarının əsgəri, iki il əvvəl ölkəmizdə təşkil olunan ilk Avropa Oyunlarının qalibi Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev isə 3:1 hesabı ilə qalib gəlib. Finalda türkiyəli Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edən Mamayev IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

Həmçinin IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Kənan Abdullaxanlı komandamızın hesabına gümüş medal qazandırıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR