Limon qabıqları bu problemləri həll edir

Limon qabıqları bu problemləri həll edir

Limon dünyada ən faydalı meyvələrdən biridir, çünki onun tərkibi lazımi qidalı maddələrlə zəngindir. Bununla belə limonun qabıqları da çox faydalıdır.

Sfera.az axşam.az-a istinadən limon və qabığının faydalarını sadalayır:

1. Limon kalium, fosfor, kalsium, maqnezium, pektin, bioflavnoid, fol turşuları, vitamin və minerallarla, o cümlədən A, C, В1 В6 vitamini ilə boldur. Bu, müxtəlif xəstəliklərlə mübarizədə olduqca kömək edir. 

2. Onların müntəzəm surətdə qəbulu immuniteti möhkəmləndirir, həzmə yaxşı təsir göstərir, qaraciyərin və bağırsağın işini yaxşlaşdırır.

3. Hamiləlik zamanı səhərlər bir stəkan limonlu su içmək xüsusilə faydalıdır. Onun qoxusu ürəkbulanmanı azaldır və həzm pozğunluğunun həllinə kömək edir.

4. Limon qabığı güclü və antiseptik xüsusiyyətlərə malikdir. Limon qabığı sinirlərini sakitləşdirir, qan damarlarını təmizləyir və ağrını azaldır. Limon yarpaqları isə qızdırmanın simptonlarını müalicə edir.

5. Limon oynaq ağrılarında da çox səmərəlidir. 

DİGƏR XƏBƏRLƏR