Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki... - FOTOLAR

Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki... - FOTOLAR
 

Sentyabrın sonunda "Moskva" yarmarkasında - paytaxtın ən böyük ticarət komplekslərindən birində kütləvi dava baş verdi.
İnsidentin alovlanmasının səbəbi kimi yerli mühafizə işçilərinin tacirlərdən birini döyməsi göstərilir: cavan ticarətçi "yuxarı" çatacaq hesabı ödəməkdən imtina etmişdi...
Bu hadisə əyani olaraq göstərir ki, Moskvanın ən böyük bazarları, ticarət mərkəzləri qanundan tamamilə uzaq - "oğru" qaydaları ilə nizamlanır.

Bazarlar kralının ölümü

 

18 avqust 2016-cı ildə gecə saatlarında qara rəngli "Range Rover İstanbulun mərkəzi mehmanxanasının yanında güllə-baran edildi. Cinayət başında 65 giliz tapılmışdı. İsrail istehsalı tapança-pulemyotlar olan "Uzi"lərdən yolsuzluq avtomobili deşik-deşik edilmişdi.
Hədəf "Range Rover"in arxa oturacağında oturmuş Lənkəranski ləqəbli, 41 yaşlı azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev idi. Qatillərin güllələri hədəfə çatır: Lənkəranski ağır yaralanır və həmin gün "Florence Nightingale" klinikasında dünyasını dəyişir. Onun cəsədi xüsusi reyslə Azərbaycanın Lənkəran şəhərinə çatdırılır və 19 avqust 2016-cı ildə dəfn edilir. Matəm mərasimdə minlərlə insan iştirak edir...
Məhz Lənkəranskini Aslan Usoyanın (Ded Xasan) 2013-cü ildəki qətlinin mümkün sifarişçisi hesab edirdilər. Ehtimal ki, kürdlər Lənkəranskidən bu yolla qisas aldılar. Amma Lənkəranskinin düşmənləri arasında kriminal dairələrdə "Lotu Quli" ləqəbi ilə məşhur olan, azərbaycanlı kriminal avtoritet, 44 yaşlı Salifov Nadir Nəriman oğlu da var. O, 27 yaşında, 2000-ci ildə "qanuni oğru" tacına yiyələnib. Nüfuzlu kriminal mətbu orqan - "Praym Kraym" portalının redaktoru Viktoriya Qefterin sözlərinə görə, Lotu Quli Azərbaycan qanuni oğrularının arasında qeyd-şərtsiz ən nüfuzlusudur.
Adətən kriminal avtoritetlərin, qanuni oğruların bütün ticarət işləri yad gözlərdən gizlədilir. Bununla belə, Viktoriya Qefter qeyd edir ki, Lənkəranskiyə Moskvanın mərkəzində, Kolujskaya şossesində şəhərin ən nəhəng ticarət nöqtələri aid idi. "Food City" ən böyük topdan-pərakəndə ərzaq satışı mərkəzidir. Canıyevin ölümündən sonra "təsərrüfat"la Lənkəranskinin əmisi oğlu 39 yaşlı Zaur Əhmədov məşğul olmağa başladı.
Təhlükəli miras
Çiçəklənən biznesmen Əhmədov öz əmisi oğlunun qətlini unutmurdu: "Praym Kraym"ın məlumatına görə, o, dəfələrlə bildirirdi ki, Rövşəndən qalan saysız-hesabsız sərvətləri xərcləməyə hazırdır, təki onun qisası alınsın.
Nüfuzlu cinayətkar fiqurlardan Əhmədovun təhlükəli planını heç kəs dəstəkləmədi. Agentlik qeyd edir ki, operativ məlumatlara görə, məhz o, bu yaxınlarda Lotu Qulinin adamlarının güllələnməsinə sponsorluq edib.
"Əhmədov Lotu Quliyə qarşı Rövşənin etdiyi eyni siyasəti həyata keçirir və buna görə də, Zaurun həyatı tükdən asılıdır", - Viktoriya Qefter Qulinin gücünü izah edir.
Əsasların arasında lider
Bəzi mənbələrin məlumatına görə, paytaxtın ən böyük bazarlarına nəzarət Bakinski ləqəbli Vaqif Suleymanovun da əlində ola bilər - o, qanuni oğrulardan Rusiya ərazisində leqal yaşamaq icazəsi olan yeganə şəxsdir. Lakin Viktoriya Qefter bunu istisna edir. Təcrübəli kriminal jurnalist dəfələrlə məqalələrində Vaqifin bazarlardan uzaq durmağa çalışdığını yazıb...
Eyni zamanda, ticarət mərkəzlərinə nəzarətə Gəncinski ləqəbli qanuni oğru Rəşad İsmayılov cəlb olunmuş ola bilər. Ancaq "Praym Kraym"ın fikrincə, bu da həqiqətdən uzaqdır.
"Rəşad Lotu Qulinin adamıdır, o, heç nəyə ayrıca nəzarət etmir. Dediyim kimi Quli azərbaycanlılar arasında nömrə birdir, buna görə də, məhz o, hər şeyə nəzarət edir", - Viktoriya Qefter izah edir.
"Əlbəttə, cinayət dünyasından danışarkən, narko-ticarəti yada salmamaq olmaz. Belə ki, Əfqanıstandan gələn heroin önəmli ölçüdə virtual və səyyar ticarətçilərin köməyi ilə küçələrdə satılır. Tacik mobil operatorları bu işdə son rolu oynamırlar. Amma maraqlısı budur ki, azərbaycanlıların məşğul olduqları ənənəvi çiçək biznesi, Latın Amerikası ölkələrindən gələn kokainin satılmasında əvəzsiz rol oynayır", - redaktor bildirir.
Gül kimi narkotik
Onu da qeyd etməyə lazım bilirik ki, Milli Narkotik Əleyhinə İttifaqın sədri Nikita Luşnikov mətbuata aşıqlamasında kokainin çiçək mağazalarında satıldığını bildirib.
Onun sözlərinə görə, sxem sadədir: satıcılar əllərində buketlərlə küçəyə çıxırlar, müştəri-sürücü avtomobilin şüşəsini açır və "gülləri" alır. "Mən əminəm ki, Daxili İşlər Nazirliyində bu haqda bilirlər", - narkotiklərlə mübarizəçi davam edir - "Amma bir-iki səyyar satıcını saxlamaq effektsiz olduğu üçün əməkdaşlar, ehtimal ki, cinayətkar qruplaşmanı böyük miqyasda zərərsizləşdirmək istiqamətində sistem hazırlamağa çalışırlar. Bu da öz növbəsində çətindir, çünki narkotik alverçiləri peşəkarlıqla hərəkət edirlər və satış nöqtələrini daim dəyişirlər".
Cinayətkar biznes şəbəkəsi 2 səbəbdən gül dükanlarını seçib. Luşnikov qeyd edir ki, birincisi, xırda ticarət nöqtələri ilə razılaşmaq daha rahatdır. Əsasən satıcılar miqrantlardan ibarət olur ki, onlar sürətli və yüngül qazancdan imtina etmirlər. İkincisi, gül dükanları gecə-gündüz işləyir və narkotiklər bir qayda olaraq, gecə alınır.
Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki... - FOTOLARLənkəranski ilə bağlı elə xəbər yayıldı ki... - FOTOLARLənkəranski ilə bağlı elə xəbər yayıldı ki... - FOTOLARMənbə: publika.az


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...