Körpə yıxıldığı zaman nələrə diqqət yetirməli? — Övladlarınızın ilk yardımını siz edin!

Körpə yıxıldığı zaman nələrə diqqət yetirməli? — Övladlarınızın ilk yardımını siz edin!
Yeni valideyin olanlar övladlarını qucaqlarına alarkən həyəcan və gərginlik hiss edir. Bu narahatlıq körpələrin yıxılması ehtimalını daha da artırır. Onların aldığı fiziki zərbə bəzi hallarda ağır nəticələr də verir. Körpələr beşik, valideyin qucağı, yataq, stol, divan, və s. yerlərdən asanlıqla yıxılır. Nəticədə yara və digər xəsarətlər, o cümlədən travma yaranır. Daha balaca uşaqlarda isə yıxılma anından sonrakı 24 saat olduqca vacibdir. Yıxılan körpəyə 2 saat xüsusi diqqət edilməlidir. Bu zaman qanaxma, bir neçə dəqiqəlik qıcıolma və s. əlamətlər olarsa təcili olaraq tibb əməkdaşlarına müraciət etmək lazımdır. Lakin, təcili yardım gələnə qədər özünüz də bir neçə prosedur yerinə yetirə bilərsiniz.

Sfera.az medicina.az-a istinadən bu halda nə etməli olduğunuzu bildirir:

- Qusma və qısa nüddətli özündən getmə-qıcolma (sudurqa) müşahidə olunarsa uşağınızın boynunu düz tutaraq yanı üstə uzadın

- Dəyən zərbədən yaralanma sonrası qanaxma varsa təmiz dəsmalla yaranın üzərinə çox sərt olmayan formada sıxın

Bu simptomlar varsa mütləq həkimə müraciət edin!

 

Təhlükəli əlamətlər:

- Kiçik uşaqlarda yersiz və uzun müddətli ağlama varsa, körpəni sakitləşdirmək mümkün olmursa

- Əmgəyində şişlik yaxud digər əlamətlər olarsa

- Yuxuya meyillilik, həmişəkindən daha çox yatırsa və yaxud yatmaqda çətinlik çəkirsə

- Göz bəbəyi ölçüləri eyni deyilsə

- Təkrarlanan qusma olarsa

- Burun və ya qulaqdan sar, ağ maye gəlirsə

- Yüksək səsli və şiddətli ağlama müşahidə olunsa

- Yeriyə bilən uşaqlarda hərəkət zamanı tarazlıq pozulursa, qollarında və ayaqlarında halsızlıq olarsa

- İşığa və səsə həssaslıq varsa

Qeyd: Uşağınızı öz yatağında yatızdırmaq ən etibarlı yer sayılır

Bəzi analar övladlarına süd verməyi asanlaşdırmaq üçün körpəsini yanında yatızdırır. Lakin, uşağınız böyüdükcə hərəkətləri də aktivləşir. Nəticədə yıxılma riskləri çoxalır. Bu yıxılmalar bəzən ciddə fəsadlar verir. Məhz bu səbəbdən də uşaqların öz yataqlarında yatızıdırılması daha məqsədəuyğundur. Mütəxəsislər həmçinin bildirir ki, balacaların öz yataqlarında yatması önəmli vərdişdir.

Baş verə biləcək hər hansı qəzanın qarşısını almaq üçün tədbirlər alın!

Evdə alacağınız sadə tədbirlər körpənizi qoruyacaq və sizin qayğılarınızı azaldacaq.

- Körpənizin yuvarlanaraq yıxılmasınının qarşısını almaq üçün yumuşaq vasitələrlə onun çevrəsini etibarlı edin.

- Körpənin iməkləmə dövüründə onu tək buraxmayın.

- Pəncərələri bağlı saxlayın, üzərinə çıxa biləcəyi əşyaların stabil qalmasına diqqət edin.

- Uşağınızı eyvan və pilləkanlardan uzaq tutun.

- Mebellərin tinləri xüsusi vasitələrlə bağlayın.

- Hündürdə olan əşyaların kabellərini uşaqlardan uzaq saxlayın. Əks halda kabeldən tutub əşyanı üzərlərinə çəkə bilərlər.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...