“Krediti yubatmamağı tələb edirlər, amma özləri…” - “Embawood”dan ŞİKAYƏT VAR

“Krediti yubatmamağı tələb edirlər, amma özləri…” - “Embawood”dan ŞİKAYƏT VAR

Leyli İsmayılzadə Məcidli adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.


Sfera.az xanım istifadəçinin şikayət məktubunu oxucularına təqdim edir: "Şikayətim "Embawood” mebel mağazaları şəbəkəsinin Ağcabədi filialindandir.

Aprelin axiri instagramda mətbəximizin ölçülərini yazıb mebel danışdıq. Mağazaya getdik, appda mebeli yigib bizə gostərdilər, giymətini hesablayib sifarişimizi götürdülər. Sonra məlum oldu ki, hesabda yanlışlıq var(sonradan 600 manat artıq dedilər). Bunu böyüdüb problem etmədik və razilaşdıq. Səhv etmirəmsə, artıq mayin 2-si idi, sənədləşmə bitdi, mebeli sifariş verdik.

 

15 gun sonra mebeli gətirdilər, ertəsi gün quraşdırmağa gələndə 3 şkafın ölçüsü uyğun gəlmədiyi üçün dedilər ki, bu şkaflar yenidən duzəlməlidir. Daha 15 gun gözlədik. Bu 15 günün içində ailəmizdə yas düşdu. Təsəvvür edin, ölçüsü uyğun gəlməyən mətbəx mebeli butun evlə birdir, ortalıqda uzun taxtalar-filan. Kənd yerində qohum-qonşu, gəlib gedən çox olur. Bizi çox çətin duruma saldı Embawood.

 

Xahish etdik ki, evdə yas mərasimi var, bunu nəzərə alıb işi bir az tezləşdirsinlər. Onsuz da artıq 15 gun gözləmişik. Xahişimizi nəzərə almadilar, mesaji oxuyub cavab yazmadilar. Müştəriyə garşı belə laqeyidliyi yalniz Azərbaycanda görmüşəm.

 

O söhbətin üstündən daha 15 gün keçdi, hələ də bir söz demirler. Bayaq gardaşim zəng vurub vəziyyətlə maraqlandı, dedilər ki, bilmirik hazirdi, ya yox. Qardaşim isə cavabında söylədi ki, gəlin ölçüləri mətbəximizə uyğun gəlməyən mebelinizi aparin, daha sizdən heç nə istəmirik.

 

Cavab verdilər ki, 2 gün sonra gətirilib quraşdirilacağıq, amma qaz, su məsələsi bir həftə sonra həll olunacaq. Bu nə dərəcədə düzgündür? Krediti bir gün belə gecikdirməməyi tələb edirlər, amma özləri sadə bir işin icrasını yubatdıqca yubadırlar. Bir iş görəndə adam gərək özünü qarşı tərəfin yerinə qoysun, görsün necə vəziyyətdə qalir garşi tərəf.


Xahiş edirəm, bu durumu mümkün qədər çox paylaşin, qoy hami "Embawood” mebel mağazaları şəbəkəsinin Ağcabədi filialının yarıtmaz fəaliyyətindən xəbər tutsun.”

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...