Krediti olanlara şad xəbər: Bankı məhkəmyə verin, təzminat alın

Krediti olanlara şad xəbər: Bankı məhkəmyə verin, təzminat alın
 PALATA BANKLARA XƏBƏRDARLIQ ETMƏLİDİR (kollektorlarla əməkdaşlıq yol verilməzdir!)

Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişəm (dərc edirəm). Bu günlərdə Palatanın Hüquqi təminat idarəsinin rəisi bildirmişdi ki, kollektorların fəaliyyəti qanunsuzdur. Çünki onlara borclular haqda məlumatı ötürməklə banklar bank sirrini pozur (//renkinq.az/site/news?id=305). İndiyədək bunu onunla əsaslandırmağa çalışırdılar ki, guya borclular haqda məlumatı kollektorlara məhkəmə prosesində təmsilçilik üçün verirlər (reallıqda isə kollektorlar insanlara hədə-qorxu gəlir və digər yollarla təzyiq edirlər). Lakin məlum olduğu kimi, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən 1 yanvar 2018-ci il tarixindən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Buna görə də Palatadan banklara bu barədə preventiv qaydada xəbərdarlıq etməyi xahiş etmişəm. Bu, ilk növbədə bankların özünə lazımdır. Əks halda, bank sirrini pozduqlarına görə yeni ildə çoxsaylı məhkəmə iddiaları, habelə Palatanın sanksiyaları ilə üzləşə və nəticədə maddi zərərə məruz qala bilərlər. Bu da bankların vəziyyətini daha da ağırlaşdıra bilər.
P.S. Bir daha borcluların nəzərinə çatdırıram ki, kollektorların onlara zəng etmək, harasa dəvət etmək və s. hüququ yoxdur! Belə halla rastlaşanda polisə şikayət edin. Yalnız bankın zənglərinə cavab verin, yalnız bank ofislərinə gedin (bütün bunlar da könüllüdür, məcburi deyil). Qorxmayın, çəkinməyin! Kollektorların qanunsuz fəaliyyətinə rəvac verən məhz sizin qorxu hissinizdir. Onlar heç kimdir! Bunu onlara bildirin, yerlərində otuzdurun və bu halda onlar banklara da lazım olmayacaq. İrəli!
P.P.S. Borclular! Yeni ildən başlayaraq isə sizə borcla bağlı bank işçisi və ya vəkil olmayan şəxs zəng etsə, bankı dərhal məhkəməyə verib bank sirrinin pozulmasına görə təzminat tələb edin!




OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...