Koronavirusun yeni simptomları tapıldı - Sizi çaşdıra bilər

Koronavirusun yeni simptomları tapıldı - Sizi çaşdıra bilər
 Koronavirusa yoluxmuş şəxsdə "denge" qızdırmasına yoluxması barədə yanlış təsəvvürlər yarana bilər, belə ki, "denge"nin əlamətləri müşahidə edilə bilər.
 
Sfera.az bildirir ki, COVİD-19-un yaratdığı bu yeni simptomları sinqapurlu alimlər açıqlayıblar.

Onların açıqlamsına görə, xəstədə "denge" qızdırmasına xarakterik yüksək hərarətlə yanaşı səpkilər müşahidə edilə bilər. Lakin bu vaxt koronavirusa xas simptomlar - süstlük, möhkəm boğucu öskürək, sinə nahiyyəsində ağrılar özünü hələ göstərməyə bilər.

Alimlərin fikrincə, məhz bu yanlış əlamət koronavirusu zamanında aşkar etməyə və ona qarşı təcili müvafiq mülicəni aparmağı ləngidə bilər ki, bu da virusun yayılmasına şərait yaradır. (day.az)


OXŞAR XƏBƏRLƏR