Koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ

Koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ
 

Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının koronavirus testlərinin nəticəsi açıqlanıb.

Bu barədə Oxu.Az-a Şamaxı RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib.

Onun sözlərinə görə, Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı bir əməkdaşda testin nəticəsi müsbət olub:

 

"Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib. Digər əməkdaşlar Nazirlər Kabinetinin yanında operativ qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən, onlayn şəkildə işlərini davam etdirirlər.

İcra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb. Əməkdaşlar növbəti testlərdən də keçəcəyik”.

T.Qəniyev qeyd edib ki, Şamaxı rayonunda beş nəfərdə koronavirus infeksiyası aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...