Koronavirus sənaye malları ilə insanlara yayıla bilərmi? — Baş infeksionist açıqladı

Koronavirus sənaye malları ilə insanlara yayıla bilərmi? — Baş infeksionist açıqladı
Azərbaycanda Çindən saytlar vasitəsilə müxtəlif mallar alan insanların sayı getdikcə artır. Lakin koronavirus təhlükəsi yaranandan insanları düşündürən ən əsas məsələlərdən biri ölümə səbəb olan bu təhlükəli virusun onlara Çindən göndərilən bağlamalar, konteynerlərlə keçə bilib-bilməməsidir.
 
 
Sfera.az xəbər verir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev Trend-ə bildirib ki, koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsi mümkün deyil.

Onun sözlərinə görə, bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər:

"Xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə edildikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçməsi isə mümkünsüzdür".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da bildirib ki, koronavirus insana məktub, bağlama, konteynerdən ötürülmür.

Onun sözlərinə görə, koronavirus yeni meydana çıxan zamanlarda onun heyvanlardan insana keçdiyi bildirilirdi:

"Ancaq indiyə qədər onun hansı heyvandan keçdiyi bilinmir. İndi vacib olan məsələ budur ki, bu virus insandan insana ötürülür. Ona görə də gördüyümüz əsas iş sanitar-gigiyena qaydalarına əməl etməklə özümüzü qorumaq olmalıdır".
H.Harmancı qeyd edib ki, insandan insana keçməklə yayılan koronavirusun hazırda müalicəsi və ona qarşı istifadə edilə bilən dərmanı yoxdur.

Koronavirusun əlamətlərinin qripə bənzədiyini deyən H.Harmancı əlavə edib ki, bəzi şəxslərdə bu virusun əlamətləri daha ağır formada özünü göstərir.

Onun sözlərinə görə, bu virusa yoluxma zamanı antibiotikdən yalnız xəstəxana şəraitində xəstənin vəziyyəti ağırlaşdıqda istifadə edilə bilər.

H.Harmançı insanlara koronavirusla bağlı informasiyaları etibarlı mənbələrdən almağı da tövsiyə edib.

O bildirib ki, insanlar rəsmi dövlət orqanlarının məlumatlarına inanmalıdırlar. Bundan başqa, gündəlik olaraq, ÜST-nin saytından da bu barədə məlumat əldə etmək mümkündür.

Xatırladaq ki, Çində koronavirusla yoluxma hallarının sayı 72,436 nəfər təşkil edib, onlardan 1868 nəfər ölüb, 12,552 nəfər xəstəxanalardan evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...