"Konstitusiyaya dəyişikliklər ölkəmizin gücünə əlavə güc qatacaq"

Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gücünə əlavə güc qatmaqla dovlətçiliyimizə böyük töhfələr vərəcək.

 

Bunu Milli Məclisin üzvü Məlahət İbrahimqızı deyib.

 

Millət vəkilinin fikrincə, ölkə Konstitusiyasında bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə ümumxalq səsverməsinin keçirilməsi dövrün tələbi və çağırışı kimi dəyərləndirilməlidir: "Bu məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq".

 

M.İbrahimqızı hesab edir ki, referendumla bağlı ictimaiyyət arasında geniş müzakirələrin aparılması və fəallığın olması təbiidir və bunun ciddi əsasları var: "Təkcə son 5 ildə ölkədə həyata keçirilən layihə və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində əldə edilən nailiyyətlər bu dəyişikliklərin Konstitusiyada təsbit olunmasını zəruri etdi".

 

 

 

Milli.az //

Sfera.az



OXŞAR XƏBƏRLƏR