Kommunal borclar da bağışlana bilər - Ekspertdən PROQNOZ

Kommunal borclar da bağışlana bilər - Ekspertdən PROQNOZ
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə 50 gündən də az zaman qalıb. Müxtəlif seçki illərində olduğu kimi, cari ildə də kommunal borcların bağışlanıb-bağışlanmayacağı məsələsi vətəndaşları düşündürür. Belə bir ehtimalın reallaşması mümkündürmü?

Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli cari ildə də kommunal borcların bağışlanması ənənəsinin yenidən təkrarlana biləcəyini deyib:

"Uzun illərdir ki, Azərbaycanda belə bir təcrübə mövcuddur. Müxtəlif vaxtlarda əhalinin kommunal borcları bağışlanılıb. Əslində bu borcun silinməsi deyil. Sadəcə olaraq həmin vəsaitlər dövlət büdcəsi tərəfindən aidiyyəti qurumlara ödənilir. Bu təcrübənin cari ildə də təkrarlanması gözləniləndir”. 

Ekspert bu təcrübənin bəzi mənfi cəhətlərinin də olduğunu istisna etməyib: 

"Lakin bu təcrübəni həmişə faydalı hesab etmək olmaz. Vətəndaş düşünür ki, yığılan borcları nə zamansa, silinəcək. Bu səbəbdən müəyyən mənada məsuliyyətsizlik edərək kommunal borcunu ödəmir".
 
 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...