Kod adı “54 nömrəli pasiyent” olan azərbaycanlı qadın Gürcüstanın kabusuna çevrilib – ŞOK

Kod adı “54 nömrəli pasiyent” olan azərbaycanlı qadın Gürcüstanın kabusuna çevrilib – ŞOK

Koronavirus pandemiyası bütün dünyanı bürüyüb, lakin hər bir ölkədə ən təhlükəli mərhələ var və bu virusun dördüncü ötürməsidir. Hansı ki, bu zaman yoluxma mənbəyini müəyyən etmək mümkün olmur.

Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli bölgəsində də hazırda bu mərhələ yaşanır. Orada "54 nömrəli pasiyentin”-62 yaşlı azərbaycanlı qadının minlərlə adamı yoluxdurması barədə panika hökm sürməkdədir. Mütəxəssislər qeyd edirlər ki, həmin qadının ucbatından bütün Gürcüstanı koronavirus epidemiyası bürüyə bilər.

Hazırda Marneuli şəhərinin aparıcı klinikalarından birində tibb personalı və pasiyentlər təşviş içərisindədir. Həmin qadın dörd gün ərzində bu xəstəxananın adi stasionar şöbəsində yatıb, həkimlər onu ağ ciyərlərin iltihabı ilə müalicə ediblər. Lakin dörd gün sonra məlum olub ki, qadın koronavirus daşıyıcısıdır. Belə çıxır ki, artıq yoluxmuş halda xəstəxanaya gedən qadın olduqca çox sayda adamları da yoluxdura bilərdi.

Xəstəxanada onun yanına yaxınları baş çəkib, müalicəsi ilə dörd növbədə həkimlər, tibb bacıları və sanitarlar məşğul olub. Nəticədə klinikanın tibb personalından 50 nəfər hazırda karantin altındadır. "Sputnik Georgia” yazır ki, hər tibb işçisinin əllərinin indi qızıla bərabər olduğu bir vaxtda onlarla həkimin təcrid olunması vəziyyəti daha da mürəkkəbləşdirib.

Epidemioloqlar qadının 90 birbaşa təmasını müəyyən ediblər və hesablayıblar ki, onlar yoluxardısa zəncirvari halda virusu azı 1700 nəfərə ötürə bilərdilər. Qadın Marneulidə "Bütün mallar bir lariyə” adlı "çığıran” mağazada işləyib, hansı ki, orada müştərilər həmişə çox olur. Martın 11-dən etibarən "54 nömrəli pasiyent” qızdırmalı halda küçələrdə dolaşıb, qonşularına baş çəkib və anasının il mərasimini keçirib. Hüzr məclisini də özü təşkil edib.

Qeyri-rəsmi məlumata görə, müalicə olunduğ "Geo Hospital”a baş çəkməzən əvvəl qadın Marneulidəki "Aversi” klinikasına müraciət edib və müayinə haqlarının baha olduğnu görəndə oradan uzaqlaşıb.

Vəziyyəti yaxşılaşmadığına görə, qadın martın 18-də "Geo Hospital”a müraciət edib və ambulator müayinə tələb edib. Həkimlərə bildirib ki, yüksək hərarəti var və rentgen müayinəsindən keçmək istəyir. İlk rentgen onun kəskin ikitərəfli pnevmaniyasının olduğunu göstərib. Bundan sonra qadını klinikaya yerləşdiriblər. Yalnız dörd gün sonra həkimlər qadının vəziyyətinin pisləşdiyini görüb ona koronavirus testi ediblər.

Qadın həkimlərə müraciət edəndə vəziyyəti kritik olub. Aydınlaşıb ki, o diabetdən əziyyət çəkir və bu yaxınlarda ürəyindən əməliyyat olunub. Klinikada qadının vəziyyəti pisləşib, onun ikitərəfli ağ ciyər çatışmazlığı yaranıb, pasiyent qadını süni tənəffüs aparatına qoşublar. Hazırda vəziyyəti ağırdır.

İndiyə qədər qadının kimdən yoluxa biləcəyi müəyyən olunmayıb. Beləliklə, bu yoluxma mənbəyinin müəyyən edilmədiyi dördüncü mərhələyə dair ilk faktdır.

Analoji hal Cənubi Koreyada baş verib. "31 nömrəli pasiyent” yoluxandan sonra klubda. Xəstəxanada, kilsədə, kafedə olub. Simptomlar başlayana qədər onun 1600 nəfərlə təmasda olduğu müəyyənləşib. Zəncirvari reaksiya baş verib və ölkədə on mindən çox yoluxma halı qeydə alınıb, 120 nəfər ölüb. Yalnız yerli həkimlərin cəsurluğu və sərt karantin tədbirləri sayəsində Cənubi Koreya virusun yayılmasının qarşısını ala bilib. İndi Gürcüstan hakimiyyəti də bu yolla getməyə məcburdur və sürətli koronavirus testləri ilk növbədə Marneuliyə göndərilib.

Vəziyyəti qəlizləşdirən həm də budur ki, Marneuli və qonşu Bolnisidə yaşayan 200 minə yaxın azərbaycanlı gürcü dilini pis bilir, yaxud bilmir. Onların çoxu həkimə gedəndə özləri ilə tərcüməçi də aparır. Belə görünür ki, həmin qadın da gürcü dilini bilmədiyi üçün nə ilə xəstələndiyindən duyuq düşməyib və ətrafdakılara hansı təhlükə yaratdığını dərk etməyib. İndi yerli könüllülər Marneulinin kəndlərini dolaşaraq meqafonlarla əhalini azərbaycan dilində virusla bağlı məlumatlandırır.

Hazırda Marneuli və Bolnisi karantin zonası elan edilib, ora əlavə polis və hərbi bölmələr yeridilib. Yollarda postlar qoyulub. Əhalidən tələb edilir ki, evlərindən ancaq son zərurət halında çıxsınlar. Ərzaq mağazalarından, apteklərdən başqa hər yer bağlıdır. Kənd təsərrüfatı işləri ancaq Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin protokolu əsasında yerinə yetirilə bilər. Hazırda həmin qadınla təmasda olanlar koronavirus testindən keçirilir.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...