“Kişi və qadın bərabər deyil, qeyri-bərabərdir” – Pənah Hüseyn

“Kişi və qadın bərabər deyil, qeyri-bərabərdir” – Pənah Hüseyn
 

"Kişi və qadın eyni deyil, bərabər deyil, qeyri-bərabərdir. Kişi kişidir. Qadın qadındır. Kişi kişi olmalıdır. Qadın qadın olmalıdır”.

Sfera.az bildirir ki, bunu Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn deyib. Sosial şəbəkədə paylaşım edən P. Hüseyn bildirib ki, bərabərlik məsələsi bir ayrı şeydir:

"Kişi və qadın bəndə kimi Allah nəzərində bərabərdirlər. Kişi və qadının vətəndaş hüquq və azadlıqları bərabərdir, bərabər olmalıdır. Daha artıq, mən qadınlara münasibətdə hüquqlarda pozitiv ayrımçılıq tərəfdarlarındanam.

Kişi mühafizdir, keşikçidir, müdafiəçidir. Kişi qadını uğrunda ölümün üstünə gedəndir, Vətəni uğrunda getdiyi kimi! Qadın Vətəndir. Vətəni candan artıq sevərlər! Vətən uğrunda savaşarlar! Vətən üçün ölürlər və öldürürlər, Ölərlər və öldürərlər! Bu da kişilərin hüququdur. 

Hüquqnuza sahib çıxın kişilər! Qadınlarınızı özünüzdən üstün saymaq hüququnuza sahib çıxın! Siz qadın deyilsiniz. Siz bərabər deyilsiniz!”.


OXŞAR XƏBƏRLƏR